Ağdaşda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirildi.
16 dekabr 2019-cu il tarixdə rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Habil Əliyev adına 1 nömrəli uşaq musiqi məktəbində “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusuna həsr olunan regional konfransın panel iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova bu istiqamətdə keçirilən tədbirlərin cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirməklə, cəmiyyətimizin, xüsusilə gənclərin dini radikalizm təhlükəsindən qoruması, radikal dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin önəmini qeyd etdi.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə milli-mənəvi və dini dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs etdi. Dini radikalizmə qarşı mübarizə tədbirləri haqqında məlumat verən natiq, respublikamızda bu istiqamətdə sistemli maarifləndirmə işinin aparıldığını vurğuladı.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.