Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov növbəti səyyar görüş keçirdi.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov təsdiq olunmuş qrafikə uyğun olaraq Orta Ləki kənd sakinləri ilə görüş keçirdi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Orta Ləki kənd sakinləri iştirak edirdilər.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov respublikada aparılan uğurlu siyasətdən və Ağdaş rayonunda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də ətraflı məlumat verdi.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər - kəndiçi yolların təmiri, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və naqillərin dəyişdirlməsi, əhalinin içməli suya olan tələbatı, Ləki qəsəbə-Pirəzə-Xınaxlı avtomobil yolunun Orta Ləki kənd orta məktəbinin qarşısından keçən hissəsində piyada keçidinin qoyulması və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.