Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.

06 dekabr 2019 | 11:00

Görkəmli Azərbaycan şairi, böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü respublikamızın bütün bölgələrində, o cümlədən Ağdaş rayonunda da böyük rəğbətlə qarşılanmış və bu təşəbbüsə qoşulan ağdaşlılar əvvəlcədən ciddi hazırlıq işləri həyata keçirmişlər.
6 dekabr 2019-cu il tarixdə Türyançayın rayon ərazisindən keçən hissəsində Ağdaş-Bakı magistral yolunun sağ tərəfində rayonun ümumi mənzərəsinə xüsusi gözəllik gətirən guşədə Prezident Administrasiyasının nümayəndəsi, rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, gənclər və qeyri-hökumət təşkilatlarının iştirakı ilə ağacəkmə kampaniyası keçirildi.
Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatında yetişdirilən şam, tuya, çinar, akasiya, göyrüş və ağcaqayın növlərindən olan 4500 ağac əkildi.
Qeyd edək ki, əkilən ağacların damcı üsulu ilə suvarılması üçün ərazidə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər