Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov növbəti səyyar görüş keçirdi.

05 dekabr 2019 | 11:00

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov təsdiq olunmuş qrafikə uyğun olaraq Cardam kənd sakinləri ilə görüş keçirdi. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, Cardam kənd sakinləri iştirak edirdilər.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək respublikada aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın hər bir regionunda olduğu kimi Ağdaş rayonunda da sosial-iqtisadi və infrastruktur layihələrin həyata keçirilməsi sahəsində xeyli işlər görüldüyünü qeyd etdi. Rayon rəhbəri həmçinin qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən də ətraflı danışdı.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlər - kəndin bir hissəsində təbii qazın təzyiqinin zəif olması, əhalinin içməli suya olan tələbatı, qəzalı vəziyyətdə olan bir neçə elektrik dirəyinin dəyişdirilməsi  və digər mövzulara rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.

Keçidlər