Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Qaroğlan kəndində səyyar görüş keçirdi.

21 noyabr 2019 | 11:00

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov təsdiq olunmuş qrafikə uyğun olaraq Qaroğlan kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və  100 nəfərə yaxın kənd sakinləri iştirak ediblər.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın hər bir regionunun günü-gündən inkişaf etdiyini, ölkəmizin nüfuzunun beynəlxalq səviyyədə artdığını bildirmişdir. Rayon rəhbəri həmçinin qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən də ətraflı danışıb.
Kənd sakinlərinin müxtəlif mövzularda müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlar verilmişdir.

Keçidlər