Könüllü fəaliyyətinə sən də qoşul!
Könüllü fəaliyyətinə sən də qoşul!
Ağdaş rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Bu məqsədlə Ağdaş rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsini davam etdirir.
Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Qanunamüvafiq olaraq Ağdaş rayon İcra Hakimiyyətində könüllü fəaliyyətin əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
• Ağdaş rayon İcra Hakimiyyətində könüllü fəaliyyətin həyata keçirilməsi;
• Qəbula gələn vətəndaşların qarşılanması, qeydiyyata alınmasına köməkliyin
göstərilməsi;
• Qəbula gəlmiş vətəndaşların şöbələr tərəfindən qəbulunun təşkilinə köməklik
göstərilməsi;
• Qarabağ müharibəsi əlillərinin, şəhid ailələri və digər imtiyazlı şəxslərin Ağdaş
rayon İcra Hakimiyyətində növbədənkənar qəbul edilməsinə dəstək, qəbul
müddətində onlara qayğının göstərilməsi;
• Qəbulda olan valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi;
• Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi;
• Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində kargüzarlıq işlərinin
aparılmasına müvafiq köməklik göstərilməsi;
• Sənədlərin surətlərinin çıxarılmasına köməklik göstərilməsi;
• Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirləRdə iştirak etmək vətədbirlərin təşkilinə köməklik göstərilməsi;
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir. Ağdaş rayon İcra Hakimiyyəti üzrə gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunur və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşula bilər.
Növbələrin bölgüsü aşağıdakı kimidir:
09:00-13:00 - Birinci növbə
14:00-18:00 - ikinci növbə
Rayon İcra Hakimiyyəti tərəfindən könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətinə ali məktəblərdə bakalavr pilləsini başa vurmuş gənclər müraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Namizədlər üçün tələblər:
• İntizamlılıq;
• Xoş rəftarlılıq;
• Ünsiyyətcillik;
• Operativlik;
• Kollektivdə işləmək bacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
• Kompyuter bacarığı;
Müraciət üçün:
Könüllülər sırasına qoşulmaq istəyən gənclər 30 noyabr 2019-cu il tarixədək öz CV-ni (tərcumeyi-hal) mail@agdash-ih.gov.az e-poçt ünvanına göndərə bilər və ya Ağdaş rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinə öz sənədlərini təqdim edə bilərlər.
Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.
Əlaqə nömrələri:
İş: (020 23) 5-14-71 (166)
Mobil: 055-788-98-84
050-588-93-50