Ağdaşda tədbir keçirildi.
18 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində "SAF Həyat Naminə" Gənclər İctimai Birliyi tərəfindən “Sağlamlıq imkanları məhdud olan gənclərin peşə bacarıqlarının üzə çıxarılması və inkişafı məqsədilə təlimlərin təşkili və onların məşğulluğunun təmin olunmasına dəstək vermək” adlı layihə çərçivəsində təlim keçirildi.
Birliyin sədri Dinara Bayramlı çıxış edərək sağlamlıq imkanları məhdud şəxslərin məşğulluq hüquqlarının təmin olunması yolu ilə onların yoxsulluq riskinin azaldılması istiqamətində yerlərdə müxtəlif tədbirlərin təşkil edildiyini qeyd etdi.
Çıxış edənlər sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasına cəlb olunmaqla yanaşı, müxtəlif peşələrə, o cümlədən ayrı-ayrı tətbiqi sənət növlərində bacarıqlara yiyələnmələrinin vacibliyini qeyd etdilər. Əlil uşaqların cəmiyyətə fəal inteqrasiyası məqsədilə digər istiqamətlərdə də tədbirlərin təşkili, eyni zamanda gənclərin incəsənətin müxtəlif növlərində yaradıcılıq potensiallarının inkişaf etdirilməsi üçün maarifləndirici tədbirlərin mühüm əhəmiyyət daşıdığını vurğuladılar.
Tədbirin sonunda sağlamlıq imkanları məhdud olan uşaqlara sertifikat və hədiyyələr verildi.