Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Ağdaş məktəbliləri Quba-Qusar-Xaçmaz rayonlarına yola salındı.

18 noyabr 2019 | 11:00

18 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin qarşısında "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində 40 nəfər əlaçı IX-XI sinif şagirdləri, onları səfər boyunca müşayiət edən 5 nəfər- bələdçi, tibb işçisi və müəllimlərin respublikanın şimal bölgəsinə yolasalınma mərasimi keçirildi.
Xüsusi geyimlərlə təchiz edilmiş tur-aksiya iştirakçıları tərəfindən xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anıldı.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək qeyd etdi  ki, bu maarifləndirici tur-aksiyalar təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimləri müxtəlif maraqlı tədbirlər gözləyir.
Rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər yaradılan bu imkana görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdilər.
Sonda  məktəblilər dövlət yol polisi əməkdaşlarının müşayiəti ilə xüsusi avtobusla şimal bölgəsinə yola salındı.

Keçidlər