Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qadınlarının IV qurultayına hazırlıqla əlaqədar Ağdaş rayon qadınlarının konfransı kecirilmişdir.

13 mart 2013 | 11:00

Konfrans 12 mart 2013-cü il tarixdə saat 1400-da Ağdaş şəhər Habil Əliyev adına musiqi məktəbinin iclas zalında keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Heydər Parkında Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.
Konfransda yerli ilk 45 təşkilatlardan konfransa seçilmiş nümayəndələr, rayon qadınlarının nümayəndələri, ümumilikdə  250 nəfər iştirak etmişdir.
Azərbaycan qadınlarının 4-cü Qurultayına hazırlıq çərçivəsində keçirilən konfransı giriş sözü ilə rayon İcra Hakimiyyətinin məsul işçisi Qalib Həsənov açıq elan edərək Ağdaş qadınlar şurası haqqında məlumat verdi.
Qadınlar şurasının sədri Hənifə Yusifova III konfransdan keçən müddətdə şuranın gördüyü işlərə dair  hesabat məruzəsi ilə çıxış etmişdir.
Hesabat dinlənildikdən sonra məruzə ətrafında rayon qadınlarının çıxışları olmuşdur. Qeyd olunmuşdur ki, ölkədə qadın problemləri daim dövlətin diqqət mərkəzindədir. Sevindirici haldır ki, bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyə bilir. Onlar bir daha Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin  ölkənin tərəqqisi naminə apardığı geniş quruculuq işlərini dəstəklədiklərini bildirmişlər.
Sonra  söz  millət vəkili Sevinc Hüseynovaya verildi. Geniş məruzə ilə çıxış edən xanım S. Hüseynova Azərbaycan qadınlarının  ictimai-sosial həyatda, cəmiyyətin müxtəlif sahələrində  tutduqları mövqeyi  qeyd edərək onların üzləşdiyi problemlərdən də  söz açmışdır.  Natiq  ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan qadınlarının  həyat şəraitinin  yaxşılaşdırılması üçün yaratdığı imkanlardan, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın qadın məsələləri və gender probleminin həlli sahəsində  fəaliyyətindən   ətraflı bəhs etmişdir.
Sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov geniş təbrik nitqi ilə çıxış etdi. O xalqımıza dahi şəxsiyyətlər bəxş etmiş Azərbaycan qadınının mənəvi saflığından, mərdliyindən, sədaqətindən söz açaraq qeyd etmişdir ki Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu ildən-ilə artır. Bütün bunlar ölkədə demokratik dövlət quruculuğunun, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin əməli nəticəsidir.
Sonda 18 nəfər fəal qadın Azərbaycan qadınlarının 4-cü Qurultayına nümayəndə seçilmiş və konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilmişdir.

Keçidlər