Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Qəribli kəndində səyyar görüş keçirdi.

16 noyabr 2019 | 11:00

Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov təsdiq olunmuş qrafikə uyğun olaraq Qəribli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və  kənd sakinləri iştirak ediblər.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov çıxış edərək dövlət başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın hər bir regionunun günü-gündən inkişaf etdiyini, ölkəmizin nüfuzunun beynəlxalq səviyyədə artdığını bildirmişdir. Rayon rəhbəri həmçinin qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən də ətraflı danışıb.
Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri ünvanlı sosial yardım alınması, məktəbin istilik sistemində yaranmış problemin həlli və digər mövzularla bağlı müraciətlər etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verdi.
Görüşün sonunda kənd sakinləri ölkəmizin inkişafı və insanların sosial vəziyyətini yaxşılaşdırdığı üçün ölkə başçısına minnətdarlıq etdilər.

Keçidlər