Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Yaşıl Patrul” Ekoloji İctimai Nəzarət və Qərargahlarının Yaradılması ilə bağlı maarifləndirici tədbir keçirildi.

05 noyabr 2019 | 11:00

5 noyabr 2019-cu il tarixdə Ağdaş Dövlət Humanitar Kollecinin akt zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirildi.
Tədbirlə əlaqədar nümayiş etdirilən sərgiyə baxış keçirildi.
Tədbirdə çıxış edənlər dövlət tərəfindən canlı aləmin qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işlərdən, tədbirlərdən, layihələrdən söz açdılar.
“Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə çıxış edərək layihənin məqsəd və əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi.
Tədbirdə “Bağışlanılmaz səhv” və “Heyvanlar danışmağı bacarsaydılar, bizə nə deyərdilər?” adlı qısametrajlı filmlər nümayiş olundu.
İstedadlı ifaçılar Svetlana Əlyarova və Esmira İsmayılqızının ifalarında ekoloji mövzulu mahnılar təqdim edildi.
Tədbirdə həmçinin iştirakçılara flayer və bukletlər paylanıldı.
İştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Sonda “Yaşıl Patrul” Ekoloji İctimai Nəzarət və Qərargahlarının yaradılması Ümumrespublika Marafon layihəsi çərçivəsində ən fəal tərəfdaş olan qurum rəhbərlərinə sertifikatlar təqdim olundu.

Keçidlər