Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Ağdaşa səfər etdi.

28 oktyabr 2019 | 11:00

28 oktyabr 2019-cu il tarixdə dövlət başçısı Ağdaş rayonuna səfər etdi.
Səfər zamanı Prezident tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyuldu.
Dövlət başçısına son illər rayonda görülən işlər, həyata keçirilən layihələr, eləcə də ulu öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Səfər proqramı çərçivəsində ölkə başçısı yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun açılışında iştirak etdi.
Daha sonra Prezident İlham Əliyevin iştirakı ilə Ağdaş şəhəri və ətraf yaşayış məntəqələrində tikilib istismara verilmiş içməli su və kanalizasiya sistemlərinin açılış mərasimi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi.
Səfər proqramının davamı olaraq gün ərzində Prezident İlham Əliyev Telekommunikasiya Qovşağında  “Şəbəkə” xidmət mərkəzinin istifadəyə verilməsi və Biyan Sənaye Parkının açılış tədbirlərində də iştirak etdi.

 

Keçidlər