Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda "Sağlam həyat,yüksək mənəviyyat naminə narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirildi.

24 oktyabr 2019 | 11:00

23 oktyabr 2019-cu il tarixdə Nizami adına 2 nömrəli şəhər tam orta məktəbində rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “yox” deyək” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə məktəblilər, tələbələr, gənclər iştirak edirdi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev açmışdır.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov və digərləri çıxış edərək narkomaniyaya qarşı keçirilən tədbirlərdən, bu istiqamətdə qarşıda duran vəzifələr barədə məlumat verərək, sağlam həyat tərzi ilə bağlı bütün vasitələrdən istifadə etməklə bu bəlanın profilaktikası məqsədilə səfərbər olunmağın əhəmiyyətini vurğuladılar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər