Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Dövlət Müstəqilliyi günü qeyd olundu.

18 oktyabr 2019 | 11:00

Ağdaşda Dövlət Müstəqilliyi günü qeyd olundu.
18 oktyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “Dövlət Müstəqilliyi günü” ilə əlaqədar dəyirmi masa keçirildi.
Tədbirdə idarə, müəssisə, təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər iştirak edirdi. Müstəqillik gününə həsr olunan videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova açaraq bildirdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul etmişdir. Bununla da Azərbaycan 20-ci əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşmaq imkanı əldə etmişdir. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin və onlara dəstək verənlərin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin itirilməsi təhlükəsini reallaşdırırdı.
Tədbirdə çıxış edənlər ölkəmizdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında regionların sürətlə inkişaf etdiyi, yerlərdə müasir infrastruktur layihələrin icra edildiyi və sahibkarlığın inkişafında mühüm bir mərhələnin başlandığını qeyd etdilər. 
Tədbir boyunca məktəblilərin ifasında şeirlər və musiqi nömrələri təqdim edildi.

Keçidlər