Ağdaşda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi seminar-müşavirə keçirdi.
Ağdaşda Respublika Gigiyena və Epidemiologiya
Mərkəzi seminar-müşavirə keçirdi.
7 oktyabr 2019-cu il tarixdə Ağdaş şəhəri Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin təşkilatçılığı ilə seminar-müşavirə keçirildi.
Tədbirdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İqbal Səfərova, həkim-gigiyenist Narınc Orucova, rayon İcra hakimiyyəti, təhsil şöbəsi, rayon gigiyena və epidemiologiya mərkəzinin nümayəndələri, ümumtəhsil məktəblərinin, məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri və tibb heyəti işçiləri iştirak edirdi.
Tədbiri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İqbal Səfərova açaraq qonaqları salamlayıb, ölkə rəhbəri tərəfindən uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsi ilə bağlı verilən qanunların icrası, keçirilən maarifləndirici tədbirlər barədə ətraflı məlumat verdi.
Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Narınc Orucova çıxış edərək uşaq və yeniyetmələrdə profilaktik tibbi müayinələrin keçirilməsi, təhsil müəssisələrində su təminatın yaxşılaşdırılması, məktəblilər arasında sağlam mühit və sağlam həyat tərzi, tütün çəkmənin, spirtli içkilərin və narkomaniyanın zərərləri barədə tövsiyələr verdi.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Eldəniz İsmayılov qida məhsullarının istifadəsi, təhsil müəssisələrində qidalanmaya necə nəzarət edilməsi barədə çıxış edərək rayonda bu sahədə aparılan profilaktiki tədbirlərdən söz açdı.