Ağdaş ağsaqqallarının IV konfransı keçirildi
07 fevral 2013-cü il tarixdə saat 11:00-da Ağdaş rayon İcra hakimiyyətində Ağsaqqallar şürasının IV konfransı keçirilmişdir. İlk öncə konfrans iştirakçıları Heydər Parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər. Konfransda yerli ilk 41 təşkilatlardan konfransa seçilmiş nümayəndələr, rayon ağsaqqallarının nümayəndələri, ümumilikdə 120 nəfər iştirak etmişdir.
Konfransı giriş sözü ilə rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Qalib Həsənov açıq elan edərək Ağdaş ağsaqqallar şurası haqqında məlumat verdi.
Ağsaqqallar şurasının sədri Rafiq Nəbiyev III konfransdan keçən müddətdə şuranın gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış etmişdir.
Hesabat dinlənildikdən sonra məruzə ətrafında rayon ağsaqqallarının çıxışları olmuşdur. Qeyd olunmuşdur ki, III konfransdan keçən müddətdə ölkə prezidenti İlham Əliyev cənablarının rayonumuza xüsusi diqqət göstərmiş, bu müddətdə rayonumuzda üç dəfə səfərdə olmuş, bu tarixi səfərlərin təəssüratı hələdə biz ağsaqqalların qəlbindədir.
Sonra geniş təbrik nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı Cənab Tofiq İbrahimov çıxış edərək qeyd etdi ki, Prezident İlham Əliyevin apardığı Azərbaycan xalqının milli maraqlarına söykənən siyasəti nəticəsində xalqın geniş təbəqəsi onun ətrafında böyük həmrəylik nümayiş etdirməkdədir. Rayon ağsaqqaları da respublikamızda son dövrlər baş verən hadisələri diqqətlə izləməli, eyni zamanda yerlərdə mövcud problemlərin həlli isiqamətində təşəbbüslərlə çıxış etməlidirlər. Zaman zaman ağsaqqal öyüdünün, ağsaqqal sözünün, ağsaqqal təbliğatının kəsəri, gücü artırılmalıdır. Sonra rayon Ağsaqqallar şurası fəaliyyətinə görə fəxri fərmanla təltif edilmişdir. Konsrans iştirakçılarının hər birinə rayon İcra Hakimiyyəti başçısı adından qiymətli hədiyyələr təqdim olundu.
Daha sonra konfrans təşkilatı məsələlərə baxmış, 33 nəfər şura üzvü, 13 nəfər heyət üzvü və 3 nəfər sədrin müavini seçilmişdir.
Konfransda Rafiq Nəbiyev yenidən Ağdaş rayon Ağsaqqallar şurasının sədri seçilib.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul edilmişdir.