Ağdaşda 15 iyun-Milli Qurtuluş günü qeyd olundu.
Ağdaşda 15 iyun-Milli Qurtuluş günü qeyd olundu.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək gül dəstələri qoymaqla ümummilli liderin xatirəsinə ehtiramlarını bildirdilər.
Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirilən tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsinin XX əsrin böyük dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmiş, dahi şəxsiyyət, dövlətçilik tariximizin siyasət nəhəngi olan böyük öndərin adının Azərbaycan xalqının simvoluna, əməlləri, həyatı və dövləti fəaliyyətinin doğma xalqına və torpağına sədaqət nümunəsi olduğu, Milli Qurtuluş gününün isə Azərbaycanın unudulmaz tarixinə çevrildiyi diqqətə çatdırdı.
O çıxış edərək qeyd etdi ki, Azərbaycanın müstəqillik tarixi ilə bağlı tədbirlərə xüsusi əhəmiyyət verilməli, yerlərdə keçirilən tədbirlərdə hədəf kütləsi düzgün müəyyənləşdirilməklə daha çox gənclərin iştirakı təmin edilməlidir.
Çıxış edən digər natiqlər qeyd etdilər ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqil dövlət olaraq dünya birliyi ölkələri sırasında dinamik inkişaf edərək, qazandığı uğurlarla regionun söz sahibi olan güclü dövlətə çevrilmişdir.
Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir. Heydər Əliyevin xilas etdiyi müstəqil Azərbaycan onun həmişəyaşar ideyalarından ilham alaraq gələcəyə doğru inamla addımlayır.