Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda hesabat iclası keçirilmişdir

08 may 2019 | 11:00

2019-cu il 07 may tarixdə Ağdaş Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübündə Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Arif Novruzov, həmçinin rayonun idarə, müəssisə, təşkilatlarının, bələdiyyələrin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
İclasda Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun 2019-cu ilin birinci rübündə Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunlarına dair hesabat məruzəsi dinlənilmişdir. İclas çıxışlar və müzakirələrlə davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2019-cu il aprel ayının 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər