Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçıların yolasalma mərasimi keçirildi.

02 aprel 2019 | 11:00

02 aprel 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi və rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyətin nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, ümumtəhsil məktəblərin gənclərin çağırışaqədərki hazırlığı fənni üzrə rəhbərləri, hərbi idman və turizm oyunları komandalarının üzvləri, rayon ağsaqqalları, təhsil müəssisələrinin rəhbər işçiləri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etdi. Sonra Mərkəzdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalara baxış keçirildi.
Dövlət himni səsləndirildi, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbirlərin regionlarda keçirilməsinin vacib əhəmiyyətini qeyd etdi, bu səpkili tədbirlərin müharibə şəraitində olan ölkə gənclərinin vətənpərvər ruhda yetişməsində vacib rol oynadığını diqqətə çatdırdı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədov, QHT-na Dövlət Dəstəyi Şurasının üzvü Emil Həsənli, Gənclər Fondunun nümayəndəsi Emil Yusifov, vətənpərvərlik və hərbi marşların ifaçısı Şəmistan Əlizamanlı çıxış edərək gənclərin maarifləndirilməsi, vətənpərvər ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin davamlı olaraq regionlarda keçirilməsinin vacibliyini qeyd etməklə, dövlət müstəqilliyinin qorunub saxlanılması, ölkədə hökm sürən sabitlik və dinamik inkişafın hər kəsi mütəşəkkil olmağa, daha sıx birləşməyə sövq etdiyini diqqətə çatdırdılar.
Qeyd olundu ki, ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi daim ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət mərkəzində saxlanılır.
Bildirildi ki, bu səpkili tədbirlərin keçirilməsində məqsəd gənclərin milli-mənəvi tərbiyəsi, Vətənə məhəbbət ruhunda böyüməsini təmin etməkdən ibarətdir. Bu gün ata-babalarımızdan bizə miras qalan torpaqlarımızın müdafiəsində böyüyən nəslin böyük rolu var. Bugünün gənci sabahın əsgəridir. Bu tədbirləri ona görə təşkil edirik ki, gənclər silaha sarılıb vətən torpaqlarının müdafiəsinə mənəvi cəhətdən də hazır olsunlar.
Tədbirin yekununda məktəblilərin ifasında bədii kompozisiya və vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının ifasında təqdim edilən musiqi nömrələri iştirakçılar tərəfindən alqışlarla qarşılandı, çağırışçılara hədiyyələr təqdim edilməklə, onlar əsgəri xidmətə yola salındı.

Keçidlər