Ağdaşda 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi.
Ağdaşda 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirildi.
2019-cu ilin mart ayı ərzində Ağdaş rayonunun inzibati ərazi nümayəndəlikləri, əmək kollektivləri, ümumtəhsil, peşə, orta ixtisas təhsili və mədəniyyət müəssisələrində azərbaycanlıların soyqırımının ildönümü ilə bağlı tədbirlər keçirilmiş, kitab və rəsm sərgiləri təşkil olunmuşdur.
Mart ayının 29-da rayonun bütün təhsil müəssisələrində ilk dərslər Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuşdur.
30 mart 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində anım tədbiri keçirildi.
Dəyirmi masa ətrafında dinlənilən məruzə və çıxışlarda çar Rusiyasının süqutundan sonra bolşevik-daşnak dəstələri tərəfindən Bakı şəhəri və Azərbaycanın digər rayonlarında etnik təmizləmə əməliyyatlarının həyata keçirildiyi, bu əməliyyatlar nəticəsində minlərlə dinc insanların qətlə yetirildiyi qeyd edilmişdir. Sovet dönəmində soyqırım hadisələri uzun illər unutdurulmaqla ört-basdır edilsə də, dövlət müstəqilliyinin bərpasından sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 fevral tarixli Fərmanı ilə “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunmağa başlandığı diqqətə çatdırılmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin, xalqımıza qarşı törədilən soyqırımı həqiqətlərinin real faktlar və dəlillər əsasında bütün dünyaya çatdırılması, xalqımız haqqında yanlış təsəvvürləri tamamilə dəyişməsi barədə geniş fikir mübadiləsi aparıldı.