Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Novruz şənlikləri keçirildi

21 mart 2019 | 11:00

Novruz bayramı ilə əlaqədar 21 mart 2019-cu il tarixdə saat 10:00-dan başlayaraq bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında ümumrayon tədbiri keçirildi.
Rayon İcra Hakimiyyətinin qarşısındakı Heydər Əliyev meydanında gənc rəssamlar, məktəbəqədər, ümumtəhsil, peşə, Dövlət Humanitar Kolleci və mədəniyyət müəssisələrinin  əl işləri, qədim əşyalar, milli mətbəx və xalq sənəti nümunələrinin nümayişi təqdim olunmaqla, gənc idmançıların güləş, karate, boks, şahmat, dama, idman növləri üzrə nümunəvi çıxışları, “Kəndirbazlar” sirk folklor qrupu və rayonun mədəniyyət kollektivləri, eyni zamanda Habil Əliyev adına uşaq musiqi məktəbinin ansamblının ifasında rəngarəng mahnı və rəqs qrupları tərəfindən xalq rəqslərindən ibarət proqram təqdim edildi.
Novruzun gəlişi münasibətilə Dədə Qorqud qədim ənənəyə uyğun olaraq mərkəzi meydana daxil oldu, bayram tonqalı alovlandırıldı.
Novruzun əsas atributları olan Bahar qız, Keçəl, Kosa və milli geyimdə olan qızlar, oğlanlar və folklor kollektivləri tərəfindən Novruz ovqatı yaradan nümunəvi çıxışlar təqdim edildi.
Rayon sakinləri və qonaqlara çay, şirniyyat məhsulları, plov, eyni zamanda milli mətbəximizin müxtəlif çeşidli yeməkləri bişirilməklə xidmət göstərildi.
Rayon rəhbərliyi tədbirin keçirildiyi meydanda əhali ilə görüşərək, onlara bayram təbriklərini çatdırdı.
Tədbir Heydər Əliyev meydanında bayram gəzintisi ilə başa çatdı.
Bayram şənliyində 15 mindən artıq rayon əhalisi iştirak edirdi.

Keçidlər