“Gənclərin özünəməşğulluğu üçün sosial sahibkarlıq” layihəsi çərçivəsində Ağdaşda gənclərlə tədbir keçirildi.
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənclərin özünəməşğulluğu üçün sosial sahibkarlıq” layihəsinin icrası ilə əlaqədar yerlərdə tədbirlərin keçirilməsinə başlamışdır.
Bu silsilədən növbəti tədbir martın 13-də Ağdaş Dövlət Humanitar Kollecində keçirilmişdir.
Tədbirin açılışında Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev çıxışında layihənin kollec üçün əhəmiyyətini, təlim əsnasında keçirilən “ustad dərsləri”nin tələbələrə gələcəkdə özləri üçün sahibkarlıq fəaliyyətinə başlayarkən yardımçı olacağını vurğulamışdır.
Tədbirin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilmişdir.