Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaranmasının 18-ci ildönümü qeyd edildi

30 yanvar 2013 | 11:00

29 yanvar 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının yaranmasının 18 ili tamam olur. Bu münasibətlə 18-29 yanvar tarixlərində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında müxtəlif tədbirlər və görüşlər keçirilmişdir.
Bu gün tədbirlərin yekunu olaraq rayon təşkilatı Şurasının üzvləri şəhərin Heydər parkında ucalan partiyamızın qurucusu, umummilli liderimiz Heydər Əliyevin abidə-kompleksi önünə gələrək dahi rəhbərin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə tər gül dəstələri düzmüşlər. Sonra tədbir Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının İdeoloji mərkəzində keçirilən yığıncaqla davam etmişdir. Yığıncağı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açmış, yığıncaq iştirakçılarını təbrik etmiş və 18 il ərzində rayon təşkilatının keçdiyi yoldan danışmışdır. Çıxış edənlər yaradıcısı ümummilli liderimiz Heydər Əliyev, sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyev olan Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduqlarını bildirmiş, rayon təşkilatının 15 mindən artıq üzvü adından bəyan etmişlər ki, 2013-cü ilin oktyabr ayında keçiriləcək bu ilin ən mühüm siyasi kampaniyasında - Azərbaycan Respublikası Prezidentinin seçkilərində fəal iştirak etməklə partiyamızın namizədinin əsl təbliğatçıları olacaqlar.
Sonda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının fəaliyyətində xidmətlərinə və rayon təşkilatının yaranmasının 18-ci ildönümü münasibəti ilə bir qrup partiya fəalına rayon təşkilatının Fəxri fərmanı təqdim olunmuşdur.
 

Keçidlər