Ağdaşda vətəndaşların qəbulu keçirildi.
14 mart 2019 | 11:00
14 mart 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin iştirakı ilə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ağdaşda vətəndaşlarla görüş keçirildi.
Vətəndaşların qəbulu zamanı sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilmiş, müraciətlərin bir hissəsi yerindəcə həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilmişdir. Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə etdilər.