Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Bədən tərbiyəsi və İdman günü qeyd edildi.

05 mart 2019 | 11:00

5  mart 2019-cu il tarixdə rayonda Bədən Tərbiyəsi və İdman günü  qeyd edilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər.
Rayon Gənclər və İdman idarəsində idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə davam etdirilən tədbirdə bildirilmişdir ki, Bədən tərbiyəsi və İdman günü Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli sərəncamına əsasən qeyd edilir.
Ölkəmizdə idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Prezident İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artmış, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərmişdir.
Çıxışlarda daha sonra vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bölgələrdə idmanın inkişafına xüsusi diqqət yetirilir. Son 15 ildən artıq dövr ərzində şəhər, qəsəbə və rayonlarda 40-dan artıq müasir tipli Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilmiş, digər idman qurğularında isə bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.
Rayonda da idmanın kütləviliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu işdə fərqlənən idman mütəxəssislərinin bir qrupu Gənclər və İdman Nazirliyi tərəfindən mütəmadi olaraq qiymətləndirilir. İlin idman yekunlarına əsasən Ləki qəsəbə 6 saylı tam orta məktəbin müəllimi Aydın Əmirov “Fəxri bədən tərbiyəsi və idman işçisi” adına layiq görülmüşdür.
Tədbirin yekununda fərqlənən bir qrup məşqçi-müəllimlərə fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər