Ağdaşda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Ağdaşda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və
qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
14 fevral 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Hesabat yığıncağının iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad etdilər.
Tədbir iştirakçılarına rayonun sosial-iqtisadi, mədəni və aqrar sahədəki inkişafı, aparılan abadlıq və quruculuq işlərindən bəhs edən viodeoçarx nümayiş olundu.
Yığıncaqda Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov “Ağdaş rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” məruzə ilə çıxış edərək həyata keçirilən geniş sosial-iqtisadi inkişaf prosesləri, görülən abadlıq və quruculuq işləri, əhalinin sosial müdafiəsinin etibarlı şəkildə qorunması istiqamətində keçirilən tədbirlər, yeni iş yerlərinin yaradılması, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi və rayon ərazisində torpaqların əkin dövriyyəsinə qaytarılması istiqamətində görülən digər işlər barədə ətraflı məlumat verdi.
Məruzə ətrаfındа çıхış еdənlər rayonda görülən işlər və qarşıda duran hədəflərdən dаnışaraq rəy və təkliflərini səsləndirdilər.
Milli Məclisin deputatları Cavid Osmanov, Elman Nəsirov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək, respublikada sosial-iqtisadi inkişaf proseslərinin sürətləndirilməsi və qarşıda duran məsələlərlə bağlı ölkə rəhbərliyinin hədəflərini şərh etməklə, cari ildə rayonda nəzərdə tutulan konkret tədbirlərin icrasının vaxtında yerinə yetirilməsinin vacibliyini vurğuladılar.
Hesabat yığıncağında rayon ictimaiyyətinin nümayəndələri adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə müraciət qəbul edildi.