Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda YAP rayon təşkilatının yaranmasının 24-cü ildönümü qeyd olundu

29 yanvar 2019 | 11:00

Bu gün YAP Ağdaş rayon təşkilatının yaranmasının 24-cü ildönümünə həsr olunmuş tədbirlər keçirilib.  Əvvəlcə partiya fəalları xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə tər gül-çiçək dəstələri düzərək böyük ehtiramla ulu öndərimizi yad ediblər.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzindəki muzeydə ulu öndərin həyat və yaradıcılığından bəhs edən foto və sənədlərdən ibarət stendlərə baxış keçirdilər.

Tədbir Heydər Əliyev Mərkəzinin kiçik zalında dəyirmi masa arxasında davam etdi. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov 24 il ərzində rayon təşkilatının fəaliyyəti ilə bağlı geniş çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik etdi. Çıxışı zamanı Cavid Osmanov Yeni Azərbaycan Partiyasının artıq dünyada tanınmış nüfuzlu bir siyasi partiya olduğunu, eləcə də bu işdə ulu öndər Heydər Əliyevin canı-qanı bahasına həyata keçirdiyi ardıcıl siyasətdən, 2003-cü ildən isə cənab prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən bəhs etdi. Yeni Azərbaycan Pariyasının sədri, ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə toxunan  Cavid Osmanov bildirdi ki, Azərbaycan son illər ərzində bir çox beynəlxalq əhəmiyyətli layihələrə imza atmışdır. Eyni zamanda ölkədə abadlıq, quruculuq işləri davamlı şəkildə həyata keçirilməkdədir. Cənab Prezidentin struktur islahatlarına diqqət çəkən millət vəkili Cavid Osmanov bütün bunların Azərbaycanı daha müasir dövlətə çevirməyin əsaslarından biri olaraq qeyd etdi.

"Bu gün Yeni Azərbacan Partiyası Ağdaş rayon təşkilatı 77 ilk partiya təşkilatının sıralarında 17331 nəfər üzvü birləşdirir ki, onlardan da 7346 nəfəri gənclər, 9022  nəfəri isə qadınlardır. Bu göstəricilər  ağdaşlıların ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq olduqlarının və partiyamızın sədri cənab İlham Əliyevin ölkəmiz üçün gördüyü misilsiz işləri bəyənərək dəstəklədiklərinin bariz nümunəsidir." - deyə qeyd edən rayon təşkilatının sədri Cavid Osmanov Yeni Azərbacan Partiyası Ağdaş rayon təşkilatının qarşısında duran vəzifələrdən və görüləcək işlərdən də bəhs etdi.

Tədbirin sonunda bir qrup partiya fəalına rayon təşkilatının Fəxri fərmanları təqdim olundu.

Keçidlər