Ağdaş rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə Bilik Evi tədbir keçirdi
28.12.2018-ci il tarixində Ağdaş Bilik Evində “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü :”Heydər Əliyevin gərçəkləşmiş arzuları” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə çıxış rayon İcra Hakimiyyəti başçısının müavini - Ağdaş Bilik Evinin müdiri Aynur Novruzova çıxış edərək bu bayramın memarı ulu öndər Heydər Əliyevin 1991-ci ildə Naxçıvanda işlədiyi vaxtlar uzaqgörənliklə çıxardığı qərarın böyük əhəmiyyətindən, bu istiqamətdə ölkəmizdə görülən işlərdən, dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin birliyi naminə atılan addımlardan və yaradılan əlaqələrdən danışmış,Azərbaycan Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat vermiş ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyasının beynəlxalq aləmdə yayılmasını dəyirmi masa iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra söz Bilik Evinin əməkdaşı Sərxan Namətova verilmişdir .O da öz növbəsində təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş bu bayramın xalqımızın, eyni zamanda bütün dünyada yaşayan həmvətənlərimizin mənəvi birliyinin rəmzi olduğunu vurğulamış və Azərbaycan rəhbərliyinin ölkəmizin çiçəklənməsi istiqamətində gördüyü işlər və dövlətçiliyimizin inkişafı naminə atdığı addımlardan danışmışdır. Sonda Azərbaycan haqqında sənədli film nümayiş olunmuşdur.