Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Mülki Müdafiə tədbirlərinə həsr olunmuş müşavirə keçirildi.

26 noyabr 2018 | 11:00

26 noyabr 2018-ci il tarixdə rayon İcra hakimiyyəti  başçısı aparatının akt zalında Fövqəladə Hallar Nazirliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mülki müdafiə üzrə 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş metodiki toplantı keçirildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyəti  başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri İsmayıl Yusifzadə çıxış edərək, mülki müdafiə tədbirləri ilə bağlı başa çatmaqda olan il ərzində görülən işlər barədə məlumat verdi.
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin Mülki Müdafiə idarəsinin rəisi Elşən Bəşirov və idarənin digər məsul əməkdaşları mülki müdafiə planlarının icrası ilə bağlı görülən işlərə toxunmaqla, tədbirlərin səmərəliliyinin artırılması istiqamətində tövsiyələrini iştirakçılara çatdırdı. Tədbir boyunca qaldırılan təkliflər və suallar cavablandırıldı.
Müşavirədə rayon İcra hakimiyyətinin nümayəndələri, yerli bələdiyyə qurumlarının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, mülki müdafiə qərargah rəisləri iştirak edirdi.

 

Keçidlər