Ağdaşda Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi və ədliyyə işçilərinin peşə bayramı qeyd edildi.
22 noyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirildi.Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək ümummilli liderin xatirəsinə ehtiram əlaməti olaraq gül-çiçək dəstələri düzdülər.Rayon məhkəməsinin sədri Famil Nəsibov tədbiri açaraq geniş məruzə etdi. O, çıxış edərək qeyd etdi ki, bu gün yaradılmasının 100-cü ildönümü və peşə bayramını qeyd edən ədliyyə qurumları çətin və mürəkkəb, eyni zamanda şərəfli bir inkişaf yolu keçərək formalaşmış, millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində müstəsna xidmətlər göstərmişlər.Tədbirdə çıxış edən digər natiqlər peşə bayramı münasibətilə rayonun ədliyyə işçilərini və hakimləri təbrik edib, onlara qanunun aliliyi, ədalət mühakiməsinin təmin olunması kimi şərəfli işlərində müvəffəqiyyətlər arzuladılar.Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara ədliyyə qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi və tənzimlənməsi istiqamətindəki xidməti fəaliyyətlərində uğurlar arzuladı.