Ağdaşda Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirildi
5 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər günü münasibəti ilə tədbir keçirildi.
Tədbirdə rayonun təhsil müəssisələrində çalışan qabaqcıl müəllimlər, hazırda təqaüddə olan müəllim, rəhbər təhsil işçiləri, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Tədbidən öncə iştirakçılar tərəfindən ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunmuş, abidənin önünə tər güllər düzülmüşdür.
Rayon Təhsil şöbəsinin müdiri Hürü Əliyeva Təhsil naziri Ceyhun Bayramovun Beynəlxalq Müəllimlər günü münasibətilə Azərbaycan müəllimlərinə müraciətini təqdim etdi.
Çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə Prezidentinin təhsil işçilərinin əməyinin qiymətləndirilməsi istiqamətində imzaladığı sərəncamların təhsilin keyfiyyətinin artmasına mühüm təsir göstərdiyini diqqətə çatdırmış, təhsil sahəsində aparılan islahatların uğurlu nəticələr verdiyini qeyd etmişlər.
Qeyd edək ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 2018-ci ildə Beynəlxalq Müəllimlər günü ərəfəsində möhtərəm Prezidentimizin sərəncamı ilə rayonumuzun təhsil işçilərini təmsil edənlərin sırasında 2 nəfər- M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyanın direktoru Şəhla Hacıbalayeva və Səməd Vurğun adına şəhər tam orta məktəbin müəllimi Yaqut Mustafayeva vardır. Onların hər ikisi “Əməkdar müəllim” fəxri adı ilə təltif edilmişdir.
Eyni zamanda Təhsil nazirinin əmri ilə Səməd Vurğun adına adına şəhər tam orta məktəbin müəllimi Rəfiqə Hacıyeva, Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin müəllimi Almaz Ramazanova “Qabaqcıl təhsil işçisi” döş nişanı, Qaradeyin kənd tam orta məktəbin direktoru Aqil İsayev Təhsil Nazirliyinin “Fəxri Fərmanı”na layiq görülmüşdür.
Tədbir boyunca rayonda təhsilin inkişafında xidmətlərinə görə fərqlənən bir qrup təhsil işçilərinə rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin fəxri fərmanları təqdim edilmişdir.
Tədbir rayonun mədəniyyət kollektivləri və məktəblilərin ifasında bədii-əyləncəli proqramla başa çatmışdır.