Ağdaş rayonunda pambıq yığımına başlanılmışdır
Rayonda 2018-cı ilin məhsulu üçün 3185 hektar sahədə pambıq əkilmişdir. Bu göstərici ötən illə müayisədə 185 hektar artıqdır. Məhsulun becərilməsinə 1500 nəfərə yaxın işçi qüvvəsi cəlb olunub ki, bu da əhalinin məşğulluğu baxımından olduqca böyük rəqəmdir. Məhsuldarlığın yüksək olması üçün səriştəli və təcrübəli aqronom və mühəndis kadrlar cəlb edilmişdir.
Digər kənd təsərrüfatı sahələrində olduğu kimi bu sahəyə də dövlət qayğısını hiss edən fermerlər ildən ilə pambıq əkinin genişləndirilməsi yollarını axtarır.
Hazırda sahələrdə pambıq yığımına başlanılmışdır. Yığım texnika və əl əməyindən istifadə edilməklə həyata keçirilir. Yığıma 6 ədəd pambıqyığan maşın cəlb edilmişdir. Maşın mexanizmlərdən və əl əməyindən istifadə olunmaqla bu günə kimi sahələrdən 960,9 ton məhsul toplanılmışdır.
Yığım davam etdirilir.