Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayonunda məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında tədbir keçirildi

21 sentyabr 2018 | 11:00

Ağdaş rayonunda məişət zorakılığı, ailə münasibətlərində
qadın hüquqları mövzularında tədbir keçirildi.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.
Növbəti növbəti belə konfrans 21 sentyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Tədbiri Ağdaş rayon İcra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məslətçisi Qalib Həsənov açaraq tədbirin əhəmiyyətindən bəhs etmiş, son zamanlar Komitənin bu sahədə apardığı davamlı tədbirlərin yerlərdə verdiyi müsbət nəticələr barədə məlumat verdi.
Dəyirmi masada məişət zorakılığı haqqında, ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edildi. Tədbirlərdə Komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı, Dövlət Komitəsinin nəşri olan “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” metodiki vəsait kimi iştirakçılara paylanıldı. İştirakçılara cəmiyyətdə bərabərhüquqlu sistemin formalaşması, zorakılığın qarşısının alınması istiqamətində 10 oktaybr 2010-cu ildə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun, 22 iyun 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun haqqında, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi və s. haqqında ətraflı məlumatlar verildi.

Keçidlər