Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Milli Musiqi günü qeyd edildi

18 sentyabr 2018 | 11:00

Ağdaşda  Milli Musiqi günü qeyd edildi.
18 Sentyabr 2018-ci il tarixində Ağdaş şəhər Uşaq Musiqi Məktəbində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümü və Milli Musiqi gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər şərqdə ilk opera, operetta janrının, bənzərsiz musiqi irsinin müəllifi, ölməz bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığından geniş söhbət açmış, bəstəkarın ad günü münasibətilə ölkəmizdə, o cümlədən Ağdaş rayonunda  silsilə tədbirlərin keçirildiyini vurğulamışdır.
Məktəbin qarşısında, açıq səma altında təşkil olunmuş tədbirdə Ağdaş şəhər Habil Əliyev adına Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin, xor kollektivinin, xalq çalğı alətləri ansamblının, eləcə də rayon mədəniyyət işçilərinin ifasında Üzeyir Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi dəyərli əsərlər səsləndirilmiş, məşhur “O olmasın bu olsun”  operettasından səhnəciklər nümayiş etdirilmişdir.
Tədbirdə mədəniyyət işçiləri ilə yanaşı rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və rayon məktəbliləri iştirak etmişlər.

Keçidlər