Ağdaşda təhsil işçilərinin konfransı keçirildi
Ağdaşda təhsil işçilərinin konfransı keçirildi.
6 sentyabr 2018-ci il tarixdə “Səma” şadlıq sarayında Ağdaş rayon təhsil işçilərinin “2017/2018-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr”ə həsr edilən konfransının plenar iclası keçirildi.
Konfransın plenar iclasında məktəb rəhbərləri, qabaqcıl müəllimlər, rayon ictimaiyyəti, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.
Konfrans iştirakçıları tərəfindən tədbirdən öncə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək tər güllər düzülməklə, xatirəsini ehtiramla yad etdilər.
Dövlət himni səsləndirildi.
Rayon Təhsil şöbəsinin müdiri Hürü Əliyeva “2017/2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr”lə bağlı məruzə ilə çıxış etdi.
Məruzə ətrafında müzakirələrdə M.Şeyxzadə adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyanın direktoru Şəhla Hacıbalayeva, Aralbir kənd tam orta məktəbin direktoru, əməkdar müəllim İslam Kərimov, Qaradeyin kənd tam orta məktəbin direktoru Aqil İsayev, yeni dərs ilində Kotavan kəndində fəaliyyətə başlayacaq gənc müəllim Qumru Abdullayeva çıxış etdilər.
Konfransın işində iştirak edən Təhsil Problemləri İnstitutunun əməkdaşı İntiqam Cəbrayılov çıxış edərək respublikada təhsilin inkişafı ilə bağlı yeni dərs ilində həyata keçiriləcək dəyişikliklər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verərək konfransın işinə uğurlar arzuladı.
Rayon İcra hakimiyyəti başçısının müavini Aynur Novruzova çıxış edərək, ötən dərs ilinin yekunları, əldə edilən nailiyyətlər və mövcud nöqsanlara toxunaraq yeni dərs ilində onların aradan qaldırılmasına diqqətin artırılmasının vacibliyini vurğuladı.
Məktəblilərin təbriki səsləndirildi.
2018-ci ildə rayonda təhsilin inkişafında nailiyyətləri olan bir qrup təhsil işçisi mükafatlandırıldı.
Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.