Bilik Fondu Ağdaşda tədbir keçirdi.
17 iyul 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində yerləşən Ağdaş Bilik evində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən yerli gənc müəllimlər üçün “Təhsil və təlimdə təqdimat texnologiyası” mövzusunda mühazirə keçirilmişdir.
Mühazirəni aparan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifər oğlu Əliyev son illər ölkədə həyata keçirilən təhsil islahatlarının gedişi barədə əyani şəkildə məruzə edərək qeyd etmişdir ki, məktəb gənc nəslin təlim-tərbiyəsi işinin mərkəzidir. Hazırkı dövrdə təhsil sistemi qarşısında duran başlıca vəzifə dərin bilikli, fiziki və zehni cəhətdən inkişaf etmiş, elmi dünyagörüşünə, yüksək mədəniyyətə, zəngin əxlaqa malik olan ahəngdar şəxsiyyət tərbiyəsidir.
Məktəbdə təlim-tərbiyə işi məqsədyönlü, planlı və mütəşəkkil şəkildə, xüsusi hazırlıqlı pedaqoji kadrların rəhbərliyi ilə həyata keçirilir. Müəllim təlimtərbiyə işində mərkəzi simadır, necə deyərlər, məktəbin ürəyidir. Müəllimin gənc şəxsiyyətə təsiri çox böyükdür; onu heç bir şeylə əvəz etmək olmaz.
Yaşadığımız indiki dövrdə innovativ təlim texnologiyaların tətbiqi, tədrisin informatlaşdırılması sahəsində həyata keçirilən tədbirlər gənc müəllimlərin daha hazırlıqlı olmasını tələb edir.
Disskisiya şəraitində keçən tədbirdə rayonun təhsil müəssisələrində çalışan gənc müəllimlər müasir təlim texnologiyalarının tətbiqi sahəsində öz fikirlərini bölüşmüş, onları maraqlandıran suallar cavablnadırılmışdır.