Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 9-cu uldönümü münasibətilə Ağdaşda xatirə tədbirləri keçirilmişdir.
Müasir Azərbaycanın qurucusu, xalqımızın ümummili lideri Heydər Əliyevin vəfatından 9 il ötür. Azərbaycanın bütün bölgələrində olduğu kimi Ağdaş rayonunda da bu münasibətlə xatirə mərasimləri keçirilmişdir.
Rayonun İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına əsasən xatirə günləri çərçivəsində rayonun ayrı-ayrı əmək kollektivləri, məktəbli və tələbələrin, gənclərin Heydər Əliev Mərkəzinə ekskursiyaları təşkil olunmuş, mərkəzi ziyarət edənlər ümummilli liderimizin həyat və fəaliyyətinin əsas məqamlarını əks etdirən zəngin foto-eksponatlarla tanış olmuş, xalqımızın dahi oğlunun əvəzsiz xidmətləri barəsində qiymətli məlumatlar əldə etmişlər.
Heydər Əliyevin 34 illik fəaliyyəti dövründə Ağdaş rayonuna 5 dəfə səfər etdiyi, bu səfərlər zamanı Ağdaş rayonu və ağdaşlılar haqqında söylədiyi qiymətli fikirlər ziyarətçilərin diqqətinə çatdırılmışdır. /”Ağdaşın qədim tarixi, qədim mədəniyyəti, qədirbilən insanları vardır” Heydər Əliyev/.
Eyni zamanda rayonun ümumtəhsil, peşə və orta ixtisas məktəbləri, mədəniyyət və tibb ocaqları, digər müəssisə və təşkilatlarda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər, elmi-praktiki konfranslar, inşa yazı müsabiqələri, idmanın müxtəlif növləri üzrə xatirə turnirləri, kitab sərgiləri təşkil olunmuşdur.
12 dekabr 2012-ci il tarixdə ümummilli liderin vəfatının 9-cu ildönümü ilə bağlı rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş anma mərasimi keçirilmiş, minlərlə ağdaşlı Heydər Əlievin abidə-kompleksi önünə gələrək dahi rəhbərin xatirəsini ehtiramla yad etmişdir. Anım mərasimi keçrildiyi anlarda Heydər Əliyev Mərkəzində Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş dəyirmi masa təşkil olunmuş, dəyirmi masa işrirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli ekran əsərinə baxmışlar. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov açaraq ulu öndər Heydər Əliyevin müstəqil dövlət quruculuğu yolundakı misilsiz xidmətlərinə toxunmuşdur.
Çıxışlarda ümumilli liderin yürütdüyü siyasi, hüquqi, sosial-iqtisadi, quruculuq siyasətinin Azərbaucanın müasir dünyaya inteqrasiya olunmasına dəyərli töhfələr verdiyi, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünya arenasında öz yeri, öz sözü olan inkişaf etmiş dövlətə çevrildiyi qeyd olunmuşdur.
Ulu öndərin xatirəsi rayon ərazisində bir dəqiqəlik sükutla yad edilmiş, gün ərzində Heydər parkında xatirə tədbirləri davam etmişdir.