Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi ilə birgə tədbir keçirildi.

25 may 2018 | 11:00

Ağdaşda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Yevlax bölgəsi ilə birgə tədbir keçirildi.

24 may 2018-ci il tarixdə Ağdaş rayon Gənclər və İdman idarəsinin akt zalında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti və miras qoyduğu milli dövlətçilik ənənələri” mövzusunda  dəyirmi masa keçirildi.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, tarix müəllimləri, tələbələr, gənclər, ağsaqqallar iştirak edirdi.
Tədbiri giriş sözü ilə Ağdaş rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev açaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamın mühüm əhəmiyyətini  qeyd etməklə, 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsinin 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinə verilən qiymətin bariz nümunələrindən olduğunu bildirdi.
Mövzu ətrafında məruzə ilə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Azərbaycan Xalq Cümhuriyyəti illərində görülmüş böyük işlərdən bəhs edərək bildirmişdir ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən “İstiqlal bəyənnaməsi” qəbul edildi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni, gerbi yaradıldı, dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti zamanında dini sahədə də ciddi işlər aparılıb, bütün dinlərin nümayəndələrinə bərabər hüquqlar verilib.
 

Keçidlər