Şriftin ölçüsü :

Saytın rəngi :

Son dövrlərdə respublikamızda əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində çox vacib addımlar atılmış, bu sahədə mövcud olan infrastrukturun yenidən qurulması görülmüşdür.

23 may 2018 | 11:00

Son dövrlərdə respublikamızda əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində çox vacib addımlar atılmış, bu sahədə mövcud olan infrastrukturun yenidən qurulması, bütün yaşayış məntəqələrinin təbii qazla təchiz olunması istiqamətində xeyli işlər görülmüşdür.

Bütün bu sahədə görülən işlər Ağdaş rayonundan da yan ötüşməmişdir. Rayonun 74 yaşayış məntəqəsindən 53-ü qazlaşdırılmış, 17400 abonent təbii qazla təmin olunmuşdur.

2018-ci ildə şəhərin bəzi küçələrində, qəsəbə və kəndlərində müxtəlif diametrli polad boru xəttləri çəkilmiş, müxtəlif sayda şkaf tipli qaz tənzimləyiciləri quraşdırılmışdır.

Bütün bunlarla yanaşı 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin daha da yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 05 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə 100 milyon manat vəsait ayrılmışdır. Həmin layihənin tərkib hissəsi olaraq 2018-ci ildə Aşağı Nemətabad kəndində 165 abonentin təbii qazla təmin edilməsi nəzərdə tutulmuş və artıq işlərin görülməsinə başlanılmışdır.

Keçidlər