18 may 2018-ci il tarixdə Tarix-diyarşünaslıq muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar dəyirmi masa keçirildi.
18 may 2018-ci il tarixdə Tarix-diyarşünaslıq muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar dəyirmi masa keçirildi.
Tədbirdən öncə iştirakçılar tərəfindən muzeyin ekspozisiya zallarında sərgilənən tarixi eksponatlara baxış keçirildi.
Dəyirmi masa ətrafında məruzə və çıxışlarda natiqlər muzey işçilərini peşə bayramı münasibətilə təbrik edərək ziyarətçi və qonaqlara ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinə göstərilən diqqət və dövlət qayğısından danışmaqla, bu siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırdılar.
Qeyd etmək lazımdır ki, 14-19 may tarixlərində muzeydə “Açıq qapı” günü keçirilmiş, muzeyə məktəblilərin ekskursiyaları təşkil olunmuş, rayon sakinlərinin muzeyə pulsuz daxil olması üçün şərait yaradılmışdır.