Ağdaşda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilib.
11 may 2018 | 11:00
Ağdaşda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 95-ci ildönümü qeyd edilib.
10 may 2018-ci il tarixdə Ağdaşda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü böyük izdihamla qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edirdi.
Rayonun bütün əmək kollektivləri, təhsil müəssisələrinin tələbə və şagirdləri, inzibati ərazi dairələrini əhatə edən sakinlər abidənin önünə tər güllər düzərək ulu öndərin əziz xatirəsinə öz ehtiramlarını nümayiş etdirdi.