Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş Rayon İcra Hakimiyyətində Konstitusiya Günü qeyd edilmişdir

13 noyabr 2012 | 11:00

Rayon İcra Hakimiyyətində keçirilən dəyirmi masa tədbirini giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov 12 Noyabr - Konstitusiya günü münasibəti ilə rayon ictimaiyyəti nümayəndələrini rayon rəhbərliyi adından təbrik edərək, bu günün tarixi əhəmiyyətindən danışmış, 1995-ci ildə Müstəqil Azərbaycan Konstitusiyasının qəbul edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna fəaliyyəti olduğunu qeyd etmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Elnur Məmmədov “Heydər Əliyev Azərbaycan Konstitusiyasının banisidir” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında çıxış edən natiqlər bildirmişlər ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik prinsiplərini, insan haqlarını özündə ehtiva etməklə yanaşı, ölkəmizdə hüquqi dövlətin qarantıdır.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov yekunlaşdırmışdır.

 


 

Keçidlər