Şriftin ölçüsü :

Saytın rəngi :

“9 noyabr – Dövlət Bayrağı Günü” münasibəti ilə rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir

09 noyabr 2012 | 11:00

Rayon İcra Hakimiyyətində keçirilən dəyirmi masa tədbirini giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov Dövlət Bayrağı gününün qeyd olunmasının tarixi əhəmiyyətindən danışaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncamla bu gün ölkəmizdə artıq üçüncü dəfədir ki, Dövlət bayramı kimi qeyd olunur. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Aynur Novruzova məruzə etmişdir. Qeyd olunmuşdur ki, 1991-ci ilin fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qanun” qəbul etmişdir. Məruzə ətrafında çıxış edən natiqlər milli suverenliyimizin simvolu olan dövlət atributlarına ölkəmizin bütün vətəndaşları kimi ağdaşlıların da hörmət və məhəbbət bəslədiyini bir daha vurğulamışlar. Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov yekunlaşdırmışdır.

Keçidlər