Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 2017-ci ilə yekun vuruldu.

09 fevral 2018 | 11:00

2018-ci il fevral ayının 9-da Heydər Əliyev Mərkəzində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə rayon ictmaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri,  qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak  edirdi.
Hesabat yığncağının iştirakçıları əvvəlcə ulu öndər  Heydər Əliyevin  abidəsi önünə gələrək  xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad etdilər.
Tədbir iştirakçılarına   rayonun sosial-iqtisadi, mədəni  və aqrar sahədəki inkişafı, aparılan abadlıq və quruculuq işlərindən bəhs edən viodeoçarx nümayiş olundu.
Yığıncaqda  Ağdaş rayon İcra hakimiyyətinin başçısı  Tofiq İbrahimov  “2017-ci ildə Ağdaş rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında”  məruzə ilə çıxış edərək həyata keçirilən geniş sosial-iqtisadi inkişaf prosesləri, görülən abadlıq və quruculuq işləri, əhalinin sosial müdafiəsinin etibarlı şəkildə qorunması istiqamətində keçirilən tədbirlər, yeni iş yerlərinin yaradılması, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi və rayon ərazisində torpaqların əkin dövriyyəsinə qaytarılması istiqamətində görülən digər işlər barədə ətraflı məlumat verdi.
Məruzə ətrаfındа çıхış еdənlər rayonda görülən işlər və qarşıda duran hədəflərdən dаnışaraq rəy və təkliflərini səsləndirdilər.
Milli Məclisin deputatı Cavid Osmanov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov  çıxış edərək, respublikada sosial-iqtisadi inkişaf proseslərinin sürətləndirilməsi və qarşıda duran məsələlərlə bağlı ölkə rəhbərliyinin hədəflərini  şərh etməklə,  cari ildə rayonda  nəzərdə tutulan konkret  tədbirlərin icrasının vaxtında yerinə yetirilməsinin vacibliyini vurğuladı.
Tədbirdə ölkə Prezidentinin sərəncamı ilə təltif edilən ağdaşlı fermer, Xosrov kənd sakini Elxan Mehdiyevə çəltik istehsalında yüksək nəticələr əldə etdiyinə görə 2-ci dərəcəli “Əmək ordeni” təqdim edildi.
Hesabat yığıncağında rayon ictimaiyyətinin nümayəndələri adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə müraciət  qəbul edildi.

Keçidlər