Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda mühazirələr keçirildi.

20 dekabr 2017 | 11:00

Ağdaş Bilik Evinin təşəbbüsü və Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun təşkilatçılığı ilə rayon Kənd Təsərrüfatı idarəsində "Nar tinglərinə aqrotexniki qulluq: kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi kontekstində" mövzusunda alim və mütəxəssislərlə görüş keçirildi.
Rayonun aztəminatlı ailələri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin iştirak etdiyi görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əməkdaşları iştirak etdilər.
Tədbiri Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev açaraq, İDEA İctimai Birliyi və Heydər Əliyev Fondu tərəfindən kənd təsərrüfatının inkişafı sahəsində görülən böyük işlərin əhəmiyyətindən danışaraq, təmsil etdiyi qurumun təşkilatçılığı ilə əhali arasında aparılan bu kimi maarifləndirici tədbirlərin "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə əksini tapan hədəflərə daha dəqiq və vaxtında çatmağa, faydalı nəticələr əldə etməyə təkan verdiyini bildirdi.
Mərkəzin bağçılıq və narçılıq üzrə məsləhətçisi Zaur Hacıyev mühazirəsində nar ağacının əkilməsi və ona qulluq edilməsi, xəstəliklərdən mühafizə yolları, nar məhsulunun itkisiz toplanılması və saxlanılması qaydaları haqqında iştirakçılara ətraflı məlumat verdi.
Tədbirdə iştirak edən Mərkəzin digər əməkdaşı Əkrəm Həsənzadə narçılığın həm iqtisadi, həm ekoloji, həm də qida sağlamlığı baxımından kifayət qədər xeyirli sahə olduğunu dəlillərlə diqqətə çatdırdı.
Nar bağlarının sahibləri ağaclara düzgün qulluq olunmasının üsullarını öyrənmək məqsədi ilə mütəxəssislərə ünvanladıqları suallara ətraflı cavablar aldılar.
Həmin gün ərzində Heydər Əliyev Mərkəzində Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyevin iştirakı ilə “Yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ insan hüquq və azadlıqlarının zəruri təminatı kimi” mövzusunda mühazirə təşkil edilmişdir. 
Keçirilən tədbirlərdən 100 nəfərə yaxın iştirakçı faydalandı.

Keçidlər