Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda məktəbəqədər təhsil müəssisələrinin müdirləri üçün seminar keçirildi.

07 dekabr 2017 | 11:00

7 dekabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyevanın iştirakı ilə bağça müdirləri üçün "Məktəbəqədər müəssisələrlə bağlı son illərdə qəbul edilən sənədlər və onlardan irəli gələn məsələlər " mövzusunda seminar təşkil edildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri və rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak etdi.
Seminarda bağça müdirlərinə məktəbəqədər təhsilin məzmunu, idarə olunması, məktəbəqədər təhsil proqramlarına qoyulan ümumi tələblər, kargüzarlıq, əmrlərin tərtibi, əmək müqavilələrinin bağlanma qaydaları, əmək və sosial məzuniyyət məsələləri ilə bağlı məlumatlar verildi.

Keçidlər