Ağdaşda ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü anım tədbirləri ilə qeyd olunmuşdur.
Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq dekabr ayının əvvəlindən başlayaraq rayonda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Rayonun inzibati ərazi nümayəndəlikləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində keçirilən ədəbi-bədii tədbirlər, disputlarda Azərbaycan dövlətinin tarixi və taleyində misilsiz xidmətləri olan ulu öndərin nurlu xatirəsi ehtiramla yad edilmiş, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ictimai-siyasi, iqtisadi, sosial-mədəni həyatın bütün sahələrində dinamik inkişafa nail olunduğu qeyd edilmiş, rayon məscidlərində keçirilən dini mərasimlər zamanı ruhuna dualar edilmişdir.
12 dekabr 2017-ci il tarixdə rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, tələbələr, veteranlar, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivlərinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin hörmətlə anmışlar.
Gün ərzində Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilmiş, saat 12:00-da rayon mərkəzində avtomobillərin səs siqnalları vasitəsilə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə 15 min nəfərdən artıq rayon sakinləri iştirak etmişdir.