Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik Fondunun növbəti Bilik Evi Ağdaşda açıldı

02 dekabr 2017 | 11:00

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında  Bilik  Fondu və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaş Bilik Evinin açılış mərasimi olub.
Ağdaş rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Yerli rəsmi qurumların təmsilçilərinin, təhsil müəssisələrinin müəllim, şagird, tələbə kollektivinin, ağsaqqalların, gənclərin, jurnalistlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova açaraq, rayonda aparılan islahatlardan danışıb, xüsusən də əhalinin maarifləndirilməsi işində Bilik Evi ilə birgə fəaliyyətin daha böyük səmərə verəcəyinə əminliyini ifadə edib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov növbəti Bilik Evinin Ağdaşda açılmasına şərait yaratdığına görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Fondun Nardaran, İsmayıllı, Qax, Oğuz, Astara, Şəmkir, Tərtər Qarabağ Regional Bilik evlərinin fəaliyyətini xatırladan icraçı direktor həmin maarifləndirmə ocaqlarının iş prinsipləri, hədəfləri, potensialları barədə ətarflı məlumat verib.
O.Səmədov Ağdaşda Bilik Evinin açılması təşəbbüsünün sakinlərdən gəldiyini və rayon rəhbərliyinin bu istəyə müsbət reaksiya verdiyini deyərək, gələcək fəaliyyətin də məhz bölgədən gələn təkliflər əsasında qurulacağını diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi kapitalı insan kapitalının formalaşmasına yönəltəməyin vacibliyi ilə bağlı səsləndirdiyi fikirlərə, imzaladığı sərəncamlara, fərmanlara, verdiyi tapşırıqlara yüksək səviyyədə əməl etməyin hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayan icraçı direktor ağdaşlıları dövlətin daxili və xarici siyasətini, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə daha geniş çatdırılması üçün Fondun maarifləndirici missiyasına Bilik Evi vasitəsi ilə dəstək verməyə çağırıb.
Açılış mərasimində Rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyevin, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə nümayəndəsi Əli Məmmədovun, Heydər Əliyev Mərkəzinin müdir əvəzi Tənzilə Şıxıyevanın, Bilik Fondunun Ağdaş rayonu üzrə nümayəndəsi,  Ağdaş şəhər 9 nömrəli ümumi orta məktəbin direktoru Saffar Əzməmmədovun çıxışları olub.
Natiqlər bildiriblər ki, əhali maarifçilik istiaqəmtində həyata keçirilən hər bir fəaliyyəti böyük ruh yüksəkliyi, dövlətçilik sevgisi və ali dəyərlərimizə sadiqlik göstərərək dəstəkləməyə, prosesdə iştirak etməyə hazırdırlar.
Açılış mərasimindən sonra Bilik Fondunun icraçı direktoru Bilik Evinin mütəxəssis, dinləyici və təlimçiləri ilə görüşüb, gələcək perspektivlər birgə müzakirə edilib.

 

Keçidlər