Ağdaşda qanvermə aksiyası keçirilmişdir.
24 noyabr 2017 | 11:00
23 noyabr 2017-ci il tarixdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Ağdaş Mərkəzi rayon xəstəxanasında Azərbaycan Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı əməkdaşlarının iştirakı ilə qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilmişdir.
Tədbirdə 166 nəfər donor qan vermişdir.