Ağdaş rayonunda payızlıq əkinləri uğurla davam etdirilir.
14 noyabr 2017 | 11:00
2018-ci ilin məhsulu üçün dənli bitkilər əkiləcək sahələrdə şum işləri aparılmışdır. Əkiləcək sahələrdə malalama aparılmış və son tamamlama işləri başa çatdırılmışdır. 6900 hektar sahədə arpa,1950 hektar sahədə buğda, 510 hektar sahədə yonca, 2 hektar sahədə sarımsaq və digər əkinlər əkilmişdir. Payızlıq əkinlərin optimal müddətdə başa çatdırılması üçün mövcud texnikaların gücündən səmərəli istifadə olunur.
Məlumat üçün Ağdaş rayonunda 2017-ci ilin məhsulu üçün 11999,5 hektar sahədə payızlıq dənli bitkilər , 2619 hektarı buğda, 8454 hektarı arpa əkilmişdir.Əkilmiş sahələrdən 25966,8 ton məhsul əldə edilmişdir.